“Boeing” inqilaba hazırlaşır: PİLOTSUZ SƏRNİŞİN TƏYYARƏLƏRİ
Bizi izləyin

Nəqliyyat

“Boeing” inqilaba hazırlaşır: PİLOTSUZ SƏRNİŞİN TƏYYARƏLƏRİ

Dünyanın ən böyük təyyarə və vertolyot istehsalçılarından olan “Boeing” şirkəti hava məkanında inqilaba hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şirkət 2018-ci ildə pilotsuz sərnişin təyyarələrin sınaq uçuşlarına başlayacaq.

Lakin İsveçrənin maliyyə təşkilatlarından olan UBS-nin apardığı bir araşdırma göstərib ki, insanlar pilotsuz sərnişin təyyarəsi ideyasını çox qorxunc hesab edirlər. Pilotsuz təyyarələrdən istifadədən sonra sərnişinlərin sayında ciddi azalmanın olacağı gözlənilir.

UBS araşdırma çərçivəsində 8 min insanın rəyini öyrənib. Onlardan yalnız 17 faizi pilotsuz sərnişin təyyarəsinə minəcəyini söyləyib. Sorğuda iştirak edənlərin 54 faizi isə pilotsuz təyyarələrə minməyəcəyini bildirib. Digərləri isə fikir bildirməkdə çətinliki çəkiblər.

Bununla belə, UBS qeyd edir ki, hava yolu şirkətləri pilotsuz təyyarələrdən istifadə ilə ildə 26 milyard dollara qənaət edəcək. UBS pilotsuz təyyarələrlə səfərlərin daha etibarlı olacağını iddia edir. Qeyd edilir ki, təyyarə qəzalarının 70-80 faizi insanın səhvindən qaynaqlanır. Lakin təhlükəsizlik mütəxəssislərinin bir çoxu bu fikirdə deyil.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm