Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır - XƏRİTƏ
Bizi izləyin

Nəqliyyat

Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır - XƏRİTƏ

Yearltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, məhdudiyyət Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində tətbiq ediləcək.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm