Taksi sürücüləri turistləri məcbur edir ki... - - VİDEOLAR
Bizi izləyin

Nəqliyyat

Taksi sürücüləri turistləri məcbur edir ki... - - VİDEOLAR

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq “BakuBus”a məxsus Hava limanı express xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir.

Publika.az xəbər verir ki, bu barədə “BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat və videogörüntüləri paylaşıb.

Onun sözlərinə görə, taksi sürücüləri turistləri onların xidmətindən istifadə etmələri üçün məcbur edir:

“Turistlərin ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, ödəniş terminallarının işləmədiyini söyləyirlər. Əlbəttə taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən həyata keçirilməlidir”.

Videogörüntüləri taksi sürücülərinin turist hesab edib bezdirdiyi vətəndaşlar çəkiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm