Təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi
Bizi izləyin

Nəqliyyat

Təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi

Ötən gün təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib.

Publika.az report-a istinadən xəbər verir ki, AZAL-ın yerinə yetirəcəyi "J2 008" saylı təyyarə reysi 17 sentyabr saat 18:05-də Bakıdan Londona yola düşəcək.

Təyyarə əks istiqamətdə sentyabrın 18-də saat 06:35-də havaya qalxacaq.

Xatırladaq ki, "J2 008" saylı təyyarə sentyabrın 16-sı axşam saatlarında Bakıdan Londona uçmalı, sentyabırn 17-si gecə saat 01:05 radələrində isə geri qayıtmalı idi. Lakin təyyarənin sənədlərində yaranan problem səbəbindən hər iki istiqamətdə uçuş təxirə salınıb.

AZAL bütün sərnişinlərin yerləşmə, qalma və qidalanma xərclərini təzminat olaraq öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm