Bu yol BAĞLANACAQ
Bizi izləyin

Nəqliyyat

Bu yol BAĞLANACAQ

Bu gün axşam Xətai rayonu, Yusif Səfərov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, buna səbəb həmin ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləridir.

Belə ki, bu gün axşam saat 22:00-dan etibarən adıçəkilən ərazilərdə üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm