Bu gün "Ramstore"a GETMƏYİN!
Bizi izləyin

Nəqliyyat

Bu gün "Ramstore"a GETMƏYİN!

Bu gecə "Ramstore" yol qovşağında rənglənmə işləri aparılacaq. Yolda hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a "Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri çərçivəsində bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsində, "Ramstore" yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm