Nəqliyyat Agentliyindən “Qarabağ” azarkeşlərinə YÜKSƏK XİDMƏT - VİDEO
Bizi izləyin

Nəqliyyat

Nəqliyyat Agentliyindən “Qarabağ” azarkeşlərinə YÜKSƏK XİDMƏT - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü 35 mindən çox sərnişin daşınıb.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.

“Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 23182 nəfər sərnişinin, ayrılmış əlavə 195 ədəd avtobusla isə 12265 nəfər sərnişinin daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbir və anlayış üçün əhaliyə minnətdarıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm