Astanadan Bakıya uçan sərnişin təyyarəsində PROBLEM - Geri qayıtdı
Bizi izləyin

Nəqliyyat

Astanadan Bakıya uçan sərnişin təyyarəsində PROBLEM - Geri qayıtdı

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

"Avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər", - deyə məlumatda qeyd olunur.

Təyyarənin göyərtəsində 90 nəfər sərnişinin olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm