Bakıda məcburi eniş edən Boeing-777 təyyarəsi ilə bağlı AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Bakıda məcburi eniş edən Boeing-777 təyyarəsi ilə bağlı AÇIQLAMA - (YENİLƏNDİ)

Ötən gün Bakıda məcburi eniş edən "British Airways" aviaşirəktinə məxsus "Boeing-777" təyyarəsi uçuşa hazırdır. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Aeroportdan onu da əlavə ediblər ki, bununla belə, aviaşirkət uçuş haqqında hələ qərar qəbul etməyib:

"Sərnişinlər əvvəlki kimi Heydər Əliyev Beynəlxalq Hava Limanının tranzit zonasında gözləyirlər. Onlar lazımi qida və içkilərlə təmin ediliblər. Uçmaq barədə qərar qəbul edilməməsinin səbəbi odur ki, ekipaj üzvlərinin iş saatı bitib və onlar istirahət etməlidirlər. Biz ekipaj üzvlərini oteldə yerləşdirə bilərik, lakin yerləşmək və yaxud yenidən uçmaq barədə qərarı aviaşirkət verməlidir". (trend)

***

“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

Publika.az xəbər verir ki, qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.

Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm