Daha bir qurum fəaliyyətini dayandırdı
Bizi izləyin

Nəqliyyat

Daha bir qurum fəaliyyətini dayandırdı

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib: "Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12.01.2018-ci il tarixli 1785 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb. Azərbaycan Respublikasının mülki aviasiyasının dövlət idarəetməsi sistemində struktur dəyişikliklərin başa çatana qədər Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi vasitəsilə müraciət etməyinizi xahiş edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm