Biləsuvarda avtomobillərin hərəkəti çətinləşdi - DUMAN
Bizi izləyin

Nəqliyyat

Biləsuvarda avtomobillərin hərəkəti çətinləşdi - DUMAN

Biləsuvarda dumanlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətində qismən problemlər yaradıb.

“Report”un məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Sözügedən ərazilərdə bu dəqiqəyə olan məlumata görə, hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm