Bakıda baş verən avtobus qəzasının səbəbi bəlli oldu
Bizi izləyin

Nəqliyyat

Bakıda baş verən avtobus qəzasının səbəbi bəlli oldu

Bu gün paytaxtda avtobusla minik avtomobilin toqquşması ilə nəticələnən qəzanın səbəbi minik avtomobilinin sürücüsünün qaydaları pozmasıdır.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusunun VAZ 2107 markalı minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan olmayıb:

“İlkin məlumata görə, qəza VAZ 2107 markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”.

M.Ağayev bildirib ki, bəzi informasiya saytlarında qəzaya uğramış avtobusun BNA-ya məxsus olması ilə bağlı fikirlərə aydınlıq gətirib:

“Müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. İnformasiya hazırlayarkən bu məqamın nəzərə alınması tövsiyə edilir. Onu da qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm