Nəqliyyat
Paytaxtın bu yolu ilə bağlı yeni layihə - - VİDEO
Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında yeni pilot layihə həyata keçirəcək.
BNA-dan Publika.az-a verilən məlumata görə, məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparılıb.
Əldə edilən nəticələr əsasında Agentlik pilot təklif layihəsi hazırlayıb. Qeyd edilən ərazidə bir sıra nəqliyyat problemləri aşkar edilib ki, bu cür hallar piyadaların iştirakı ilə hər hansı yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər.
Ərazidə aşkarlanan əsas problemlər səkilərdə və yolun ikinci hərəkət zolağında qanunsuz parklanmalar, xəbərdarlıq nişanlarının zəruri sayda olmaması, məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar, fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması, qeyri-rasional yol istiqamətlərinin sürücüləri çaşdırması və çoxsaylı qayda pozuntusuna şərait yaratması, uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi üçün xüsusi ərazilərin ayrılmamasıdır. Bundan başqa, ətraf küçələrdə sürət həddi nisbətən yüksəkdir.
Layihədə öz əksini tapan tədbirlərin həyata keçirilməsi qeyd edilən ərazidə yol hərəkəti şəraitinin yaxşılaşdırılmasına, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcək.
Qeyd edək ki, 189 və 190 nömrəli orta məktəblərin ətrafında piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol infrastrukturunda və yol hərəkətinin təşkilinə dair pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyin koordinasiyası ilə nəzərdə tutulan dəyişikliklərin edilməsinə başlanılacaq.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...