Metro KONDİSİONERLİ QATARLAR alır - Bu ilin sonuna kimi...
Bizi izləyin

Nəqliyyat

Metro KONDİSİONERLİ QATARLAR alır - Bu ilin sonuna kimi...

Bu il Bakı metrosuna yeni qatarlar gətiriləcək.

Bu barədə Publika.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Rusiya istehsalı olan qatarların gətirilməsi üçün “Metrovaqonmaş” ASC ilə fevralın 16-da müqavilə imzalandığını bildirib:

“Müqaviləyə əsasən, Rusiyadan 10 vaqon (hər birində 5 olmaqla iki qatar) alacağıq. Bu qatarların nə zaman gətiriləcəyi tarix bəlli olmasa da, il ərzində proses tam başa çatacaq. Yeni qatarlar sonuncu gətirdiklərimizdən daha müasir və komfortludur. Vaqonlarda kondisioner, havalandırma sistemi yüksək səviyyədədir. Həmçinin vaqonların qapıları daha geniş və sərnişin tutumu daha çoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm