Bakının iki magistralında sürət həddi endirilib
Bizi izləyin

Nəqliyyat

Bakının iki magistralında sürət həddi endirilib

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Publika.az-a Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub:

“Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm