Bu marşrut avtobuslarının hərəkət xətti dəyişdi
Bizi izləyin

Nəqliyyat

Bu marşrut avtobuslarının hərəkət xətti dəyişdi

Bakıda 16 müntəzəm marşrut xəttinin hərəkət sxemində müvəqqəti olaraq dəyişiklik edilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm