Bayram tədbiri ilə bağlı marşrutların hərəkət cədvəli dəyişdirildi
Bizi izləyin

Nəqliyyat

Bayram tədbiri ilə bağlı marşrutların hərəkət cədvəli dəyişdirildi

Bayram tədbirləri ilə bağlı olaraq paytaxtın mərkəzi küçələrində avtomobil sıxlığı müşahidə olunur. Bununla əlaqədar olaraq aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb.

Bu barədə Publika.az-a "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu məqsədlə - Tbilisi prospekti - Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi, Qara Qarayev prospekti - Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metroostansiyası istiqamətində, 28 may küçəsi - Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi, A.Cəlilov küçəsi - F.Bayramov küçəsi, Bülbül prospekti - Xəqani küçəsi, Nobel prospekti - Süleyman Əhmədov küçəsi, Zərifə Əliyeva prospektində, Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir.

Xatırladaq ki, qeyd edilən yollarda avtomobil sıxlığı azaldıqdan sonra həmin istiqamətlərdə hərəkət edən avtobusların intervalı normal qrafikə uyğun olaraq təmin olunacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm