Diqqət! Bu küçədə hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Nəqliyyat

Diqqət! Bu küçədə hərəkət məhdudlaşdırılır

Təbriz küçəsində hərəkət məhdudlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Publika.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (22-dən 23 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qismən məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm