Nəqliyyat
Bu yollarda nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırıldı
Paytaxtın bəzi yerlərində nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildiriblər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinin nəzərinə çatdırır ki, builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq 23-25 mart tarixlərində trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri həyata keçiriləcək.
Təmir-bərpa işlərinə martın 23-ü, saat 06:00-da start veriləcək və bu proses martın 25-i gecə saatlarınadək davam edəcək. Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq.
Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər səbəbindən yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən öz təşəkkürünü bildirir.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı