Rusiya, Azərbaycan və İran arasında VACİB MÜZAKİRƏ
Bizi izləyin

Nəqliyyat

Rusiya, Azərbaycan və İran arasında VACİB MÜZAKİRƏ

"Rusiya Dəmir Yolları" İran, Hindistan və Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin logistik operatorunun yaradılması məsələlərini müzakirə edir.

Publika.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Rusiya Dəmir Yolları"nın baş direktorunun müavini Aleksandr Mişarin deyib:

"Biz hazırda belə bir operatorun yaradılması variantlarını müzakirə edirik. Bu, Rusiya-İran hökumətlərarası komissiyasında təqdim edilib. Bu gün biz bununla bağlı iranlı, eləcə də azərbaycanlı həmkarlarımızla danışıqlar aparırıq".

Mişarinin sözlərinə görə, Hindistanla da danışıqlar aparılır.

Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə, dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm