Bakıda daha bir avtobus biabırçılığı - VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakıda daha bir avtobus biabırçılığı - VİDEO

Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər.

Publika.az xəbər verir ki, göndərilən videonun "Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda çəkildiyi qeyd olunub.

Xezerxeber.az-ın məlumatına görə, marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyirlər.

Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyirlər.

Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

Ekspertlər isə bildirir ki, qapısı açıq formada hərəkət edən avtobus sürücüləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm