Nida.az
Poroşenkodan İlham Əliyevə özəl təbrik
Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycanda I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və bütün Azərbaycan xalqını təbrik edib.
Bu barədə Trend Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
Ukraynanın dövlət başçısı rəsmi məktubunda I Avropa Oyunları çərçivəsində bütün tədbirlərin yüksək səviyyədə təşkilini qeyd edib: "Bu, Azərbaycanın dünya səviyyəli yarışları, o cümlədən Yay Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu göstərir".
Məktubda, həmçinin vurğulanır ki, belə nəticələrə nail olmaq üçün Prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti Oyunların Təşkilat Komitəsi ilə qarşılıqlı fəaliyyətdə olaraq böyük iş gördü.
Ukrayna Prezidentinin sözlərinə görə, Ukrayna idmançıları və məşqçiləri Azərbaycan xalqının göstərdiyi mehriban qarşılanmanı minnətdarlıq hissilə qəbul ediblər, eləcə də bütün idman yarışlarında azərbaycanlı azarkeşlərin dəstəyini yüksək qiymətləndirirlər.
P.Poroşenko əmin olduğunu bildirib ki, I Avropa Oyunları idman hərəkatının tarixində parlaq səhifəyə, Avropanın 50 ölkəsinin idmançısının, eləcə də Oyunların keçirilməsi zamanı qonaqpərvər və günəşli Azərbaycanı ziyarət etmiş bütün dünyadan 10 minlərlə azarkeşin həyatının ayrılmaz hissəsinə çevrildi.
Ukraynanın dövlət başçısı məktubun sonunda Azərbaycan Prezidentinə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə yeni uğurlar arzulayıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!