Nida.az
Politoloq: "Sarkisyan təxribata əl atacaq" - VİDEO
Ermənistanda baş qaldıran etirazların yaxın vaxtlarda
azalacağı gözlənilmir. Bu dəfə suyun qiyməti ilə bağlı
müzakirələrin gündəmə gəlməsi hökumətə qarşı nifrəti daha da
artırıb.
Ermənistanda cərəyan edən hadisələri millət vəkili, politoloq Rasim
Musabəyov şərh edib.
- Ermənistandakı hadisələrin inkişafını necə
qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, Ermənistanda mövcud gərginlik getdikcə
artacaq. Bunu aradan qaldırmaq üçün isə Ermənistan hökümətinin heç
bir imkanı yoxdur. Hazırda Rusiyadan pul köçürmələrinin həcmi 40
faiz azalıb. Eyni zamanda Ermənistanın ixracat potensialı da
təxminən bərabər miqdarda aşağı düşüb, büdcə boşalıb. Sabah dövlət
insanların təqaüdlərini və hərbiçilərin əmək haqlarını ödəyə
bilməyəcək. Təbii ki, belə olan halda ölkədə gərginlik artacaq.
Vaxt ötdükcə Ermənistanda sosial gərginlik sonda siyasi gərginliyə
yol açacaq.
- Həftənin ilk günlərində polisin aksiyanı dağıtmasından
sonra etirazların yatırıldığını zənn etmək olardı. Amma bir neçə
saatdan sonra isə müxalif düşərgənin liderləri siyasi
təşkilatlanmanın həyata keçiriləcəyini elan etdilər. Bunun sonu
sizcə nə ilə nəticələnəcək?
- İrəvanda havalar isti keçir. Dövlət elektirik enerjisi
tariflərinin qiymətini 6 ay ərzində təxirə salındığını nəzərə
alsaq, onda görərik ki, aksiyada iştirak edənlərin böyük bir
hissəsi meydandan çəkilib. Ancaq aksiya təşkilatçılarının məhz
müxalif siyasi partiyalarla birləşməsinə gəlincə isə onu demək olar
ki, Ermənistanı çox gərgin, isti payız gözləyir.
- Xarici dövlətlərin, yəni Rusiyanın təsiri burada özünü
göstərirmi?
- Rusiya az da olsa, etdiyi yardımla hökümətin vəziyyətini bir
qədər yaxşılaşdırmağa çalışdı. Rusiya vəd verib ki, qazın qiymətini
30 dollar azaldacaq. Eləcə də Rusiya hərbi sahənin inkişafı
məqsədilə Ermənistana 200 milyon dollar məbləğində kredit ayırıb.
Bundan başqa Rusiya Ermənistandakı “Metsamor” Atom Elektrik
Stansiyasının yenidən qurulması üçün kredit ayıracağını bildirib.
Amma nəzərə alsaq ki, bütün bunlar hamısı sadəcə olaraq vəddir və
onların həyata keçirməsi ilə bağlı dəqiq bir tarix göstərilməyib.
Bununla yanaşı Ermənistanın dövlət büdcəsi də boşdur. Belə olan
halda hər hansı bir dövlət Ermənistana nağd şəklində pul verəsi
deyil. Qərb Ermənistana müəyyən məbləğdə kredit verib. Kreditlər
konkret olaraq nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə
ayrılıb. Digər bir yandan da Ermənistan bundan öncədən götürdüyü
kreditləri geri qaytarmalıdır. Onların belə bir vəziyyətdən
çıxmaları üçün yolları yoxdur.
- Sanki Ermənistanda baş verənlər, 20 il əvvəl Azərbaycanda
baş verən vəziyyəti, yəni daxildəki gərginliyi xatırladır. Sizcə
Ermənistandakı mövcüd siyasi gərginlik, vəziyyətin nəzarətdən
çıxması bizdəki kimi torpaqların itirilməsi ilə nəticələnə
bilərmi?
- Ermənilər hər zaman daxildə baş verən belə vəziyyətlərdən çıxmaq
üçün xarici faktordan istifadə edirlər. Gərginlik baş verən zaman
Ermənistanın Müdafiə Nazirliyi və digərləri bəyan edirlər ki,
daxildə gərginlik artacağı bir vaxtda Qarabağı itirə bilərik.
İstisna etmirəm ki, iqtidar təxribatlara əl atcaq. Ola bilsin ki,
yayın sonu, payızın əvvəlində cəbhə xəttində ermənilərin təxribatı
nəticəsində gərginlik artacaq.
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?