• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“ABŞ Səfirliyi Azərbaycanda çevriliş hazırlamır” – Sekuta bəyanat yaydı

  • Nida.az
  • 9 İyul 2015 10:49
  • 909 Baxış
“ABŞ Səfirliyi Azərbaycanda çevriliş hazırlamır” – Sekuta bəyanat yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi son zamanlar bir sıra mətbu orqanlarda Birləşmiş Ştatların Bakıdakı səfiri Robert Sekutanın müxalifət liderləri ilə görüşlər keçirməsinin arxasında dövlət çevrilişi planlarının olması barədə iddiaların yer almasına münasibət bildirib.

Səfirlikdən Publika.az-a daxil olan bəyanatda qeyd olunur:

“Səfir Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib. Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimaiyyətə öncədən çatdırılıb. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmsilçiləri ilə də görüşlər keçirir. ABŞ Səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə hər hansı partiyanı nə təlimatlandırmır, nə də maliyyələşdirmir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR