Nida.az
12 siyasi partiyanın qeydiyyatı ləğv oluna bilər
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.
Publika.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində keçirilən tədbirdə Komissiyanın və aidiyyəti dövlət qurumlarının təmsilçilərinin təqdimatında siyasi partiyaların maliyyə hesabatlarına dair tələblər, onların səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, eləcə də maliyyə hesabatlılığına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib.
Çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) Ədliyyə Nazirliyinə müraciət edib. Onun sözlərinə görə, Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız 43-nü 2014-cü ilin maliyyə hesabatını MSK-ya təqdim edib: “Hazırda bununla bağlı hesabatlar araşdırılır. Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.
Qeyd edək ki, kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan seminar, siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin meydana çıxan suallar cavablandırılıb.
Tədbirdə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq struktur bölmələrinin, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Vasif Həsənli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...