Almaniya rəsmən Ermənistanı işğalçı dövlət kimi tanıdı – HESABAT
Bizi izləyin

Nida.az

Almaniya rəsmən Ermənistanı işğalçı dövlət kimi tanıdı – HESABAT

Almaniya Federal Respublikası (AFR) Ermənistanı işğalçı kimi tanıyıb.


Publika.az “Vesti Kafkaz” saytına istinadən xəbər verir ki, bu barədə fikirlər AFR hökumətinin 11-ci hesabatında yer alıb.


“Ermənistan beynəlxalq hüquqa əsasən Azərbaycana aid olan Dağlıq Qarabağ və digər ərazilərdə insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs müqaviləsi imzalanandan bu yana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarıdır. Bu gün yüz minlərlə azərbaycanlı məcburi köçkün bu rayonlara qayıda bilmirlər”, - deyə hesabatın 204-cü səhifəsində qeyd olunub.


Hesabatda açıq şəkildə bildirilir ki, Almaniyanın Xarici İşlər Nazirliyi erməni tərəfinin inadla təqdim etdiyi “Qarabağ dövlət quruluşu” haqda miflərə inanmır. Rəsmi Berlin yaxşı bilir ki, işğal olunmuş ərazilərdə insan haqlarının vəziyyətinə qondarma “DQR” yox, məhz Ermənistan məsuliyyət daşıyır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm