Ellada Məmmədli: “Arif Hacılı İsa Qəmbərin qara simasıdır”
Bizi izləyin

Nida.az

Ellada Məmmədli: “Arif Hacılı İsa Qəmbərin qara simasıdır”

Müsavat Qadınlar Birliyinin (MQB) keçmiş sədri Ellada Məmmədli vəzifəsinə xitam verilməsinə görə partiya rəhbərliyini ittiham edib.


Publika.az-a açıqlamasında MQB-nin keçmiş sədri ADR-də təmsil olunduğu üçün rəhbərliyin ona qarşı bu addımı atdığını deyib: “Partiya rəhbərliyi ilə normal danışıqlar aparıb məsələni həll etməyi düşünürdüm. Lakin prosesdə anormallıq çoxdur, ona görə də onlarla məhkəmədə görüşməli olacağıq. Məni qeyri-qanuni olaraq, partiya Nizamnaməsindən kənar Xətai rayon təşkilatından çıxarıblar. Rayon təşkilatının şurası tamamilə buraxılıb, özəklər səviyyəsində yeni sərbəst şura üzvlərinin seçkisi olub, seçkidən sonra məni partiyadan çıxarmaq üçün göstəriş verilib. Yetərsayları yox idi, yetərsayı təmin etmək üçün mütləq yeni şura üzvləri lazım idi. Seçilən şəxslər doğrudanmı şura üzvləridir, Xətai rayon ərazisində qeydiyyatdadırlarmı? Qaranlıq məqamlar çoxdur. Bu məsələyə baxacaqdılarsa, məni niyə iclasa dəvət etmədilər? Bu məsələlərə aydınlıq gəlməlidir”.


E. Məmmədli hesab edir ki, partiya rəhbərliyi onu partiyadan çıxarmaqla MQB sədrliyindən də uzaqlaşdırıb: “Buna qədər birliyin sədrliyindən uzaqlaşdırmaq istəsələr də, alınmırdı. Birbaşa partiyadan çıxarmaqla buna nail oldular. Mən Müsavat qadınlarının 51 faizinin səsini toplamış adamam. Yeni seçki isə siyasi sifarişlə olacaq. Elə adamları təşkilat komitəsinə seçiblər ki, heç ali təhsilləri də yoxdur. Hətta mənim haqqımda rəy yaratmağa çalışırdılar ki, guya ali təhsilim yoxdur. Qubad İbadoğluna irad tuturlar, amma elə adamı iqtisadiyyat komissiyasının sədri seçiblər ki, həmin şəxs illərdir Müsavatın üzünü görməyib. Ağa deyir sür dərəyə, hər kəs də onun ardınca gedir. Mənim MQB-dən uzaqlaşdırılmağımdan sonra Qadınlar Birliyinin şurası buna etiraz olaraq özünü tamamilə buraxdı, 11 xanım istefa verdi. Bunun üstündən 2 həftə keçdi, Divan MQB-ni buraxdı. Hazırda anormal proseslər gedir”.


MQB-nin keçmiş sədri sabiq Müsavat başqanı İsa Qəmbərin partiyada baş verənlərin içərində olduğunu söyləyib.


“İsa Qəmbər Arif Hacılını müdafiə etmək üçün bizlərə kifayət qədər çamur atıb. Onu bizə çamur atmağa nə vadar etdiyini, kimin qarşısında öhdəlik götürdüyünü özü bilir. Arif Hacılı böyük şəxsiyyət deyil, sadəcə, İsa Qəmbərin qara simasını icra edir, onun qara üzüdür”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm