İlker Başbuğ üçün gözlənilməz plan
Bizi izləyin

Nida.az

İlker Başbuğ üçün gözlənilməz plan

Publika.az türk mediasına istinadən xəbər verir ki, İlker Başbuğun həbsdən çıxmasının ardından icmalçılar maraqlı bir iddianı diqqət mərkəzinə gəirib... Başbuğ, Köşk üçün namizədmi olacaq?

Publika.az türk mediasına istinadən xəbər verir ki, İlker Başbuğun həbsdən çıxmasının ardından icmalçılar maraqlı bir iddianı diqqət mərkəzinə gəirib.Başbuğ, Köşk üçün namizədmi olacaq?

Həmin yazıların qısa məzmununu təqdim edirik.

“Posta” qəzetinin icmalşısı Candaş Tolqa İşığın İlker Başbuğ yazısındakı o hissə belədir:

İlker Paşa da həbsxanadan çıxınca istər istəməz ağıllara o sual gəlir:"Görəsən İlker Başbuğ respublika prezidenti olarmı?"

İlker Paşa da pambıq kimi olub Gülən icmasından özgə hər kəsə ‘sevgi' dolu mesajlar verməklə bir konsensus olarmı? Siyasi partiyalar, bu yay keçiriləcək preziden seçkilərində İlker Başbuğ adı üstündə razılaşma əldə edə bilərmi? Müəllif bunun mümkün olmadığını iddia edib.

Əngin Ardıç, "Ayy, Çankayaya yenəmi paşa?" başlıqlı yazısında Başbuğu dəstəkləyənlərin həbsxanadan çıxar çıxmaz bu ifadənii dilə gətirdiklərini yazıb.

Yalçın Bayer isə rubrikasında yazıb ki, o, yaxında keçiriləcək prezidentlik seçkisində namizəd olmalıdır. Bu, CHP-nin, MHP-nin ən böyük vəzifəsi olmalı və də onu razı salaraq namizəd edərək dəstəkləməlidirlər.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm