XİN rusiyalı biznesmenin və opera müğənnisinin adını "qara siyahı"ya saldı
Bizi izləyin

Nida.az

XİN rusiyalı biznesmenin və opera müğənnisinin adını "qara siyahı"ya saldı

Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı opera müğənnisi Lyubov Kazarnovskaya və biznesmen Qerman Sterliqovun adlarını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Publika.az-ın məlumatına görə, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O qeyd edib ki, ziddiyyətli bioqrafiyası olan Qerman Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirklu pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu, yəqin ki bilməmiş deyildi: "Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri olan Şuşada “insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. “İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən bir milyondan artıq azərbaycanlının faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını, heç olmasa, anlamalıdır".

XİN sözçüsü deyib ki, Q.Sterliqovun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə təxribatçı açıqlaması bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz “özünü reklam” cəhdindən başqa bir şey deyildir: "KİV nümayəndələrini bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik.

KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" qanunun və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcəklər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm