İlham Əliyev Monqolustan prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Monqolustan prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm