Nida.az
Avtobus sürücülərinin törətdiyi yol qəzaları nəzarətə götürülüb – RƏSMİ
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sərnişin avtobuslarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri (YNH) ilə bağlı məsələlərə aydınlıq gətirib.
E.Sultanov Trend-ə bildirib ki, Tovuzda 4 nəfərin ölümü və 7
nəfərin yaralanması ilə nəticələnən qəza faktı ilə bağlı Daxili
İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Cinayət
Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma, ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda (263.3-cü) maddəsi üzrə cinayət işi başlanılıb.
Avtobusun sürücüsü şübhəli şəxs qismində tutulub.
Bakının Nizami rayonunda baş vermiş YNH-ə gəlincə, E.Sultanov qeyd
edib ki, iki nəfərin ölməsi ilə bağlı bəzi KİV-lərdə yayılan
məlumatlar həqiqəti əks etdirmir. Nizami rayonunda baş vermiş
qəzada 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan ikisinə
yerindəcə tibbi xidmət göstərilərək evə buraxılıb, qalan 7 nəfər 3
saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami rayon polis
idarəsində müvafiq araşdırmalar davam etdirilir. Hazırda qəza
yerindən qaçmış avtobus sürücüsünün saxlanılması istiqamətində
zəruri tədbirlər davam etdirilir.
E.Sultanov əlavə edib ki, hər iki yol nəqliyyat hadisəsi ilə bağlı
araşdırmalar daxili işlər naziri və baş prokurorun nəzarətinə
götürülüb.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO