Keçmiş müsavatçı: “Bu, Arif Hacılının Allahı danmaq qədər münafiqliyindən irəli gəlir”
Bizi izləyin

Nida.az

Keçmiş müsavatçı: “Bu, Arif Hacılının Allahı danmaq qədər münafiqliyindən irəli gəlir”

Müsavat Partiyası ilə ADR hərəkatı arasındakı qarşıdurma səngimək bilmir.


Publika.az xəbər verir ki, qarşıdurmaya ADR-in İdarə heyətinin üzvü, İsa Qəmbərin sabiq müşaviri Hüseyn Məlik də qoşulub.


H. Məlik Müsavat rəhbərliyinin Qubad İbadoğlunun hazırladığı iqtisadi konsepsiyalar haqda səsləndirdiyi fikirlərə sərt reaksiya verib.


“2003-cü il prezident seçkilərində “Bizim Azərbaycan” blokunun prezidentliyə namizədi İsa Qəmbərin televiziya çıxışı zamanı fəxrlə nümayiş etdirdiyi Qubad İbadoğlunun rəhbərliyi ilə hazırlanmış iqtisadi islahatlar proqramını danmaq reallıq hissini itirmiş Arif Hacılının Allahı danmaq qədər münafiqliyindən irəli gələn məsələdir. Bu mənim yaxşı tanıdığım Arif Hacılının xarakterinə uyğundur. Məclisdə iştirak edən məclis üzvü İsa Qəmbərin susması haqqında mən heç nə demək istəmirəm. Çox yaxın zamanlarda bu susqunluq heç kimdə sual yaratmayacaq”, - deyə ADR təmsilçisi bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm