İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu dedi.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olundu və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm