Bakının növbəti manevri: Rusiya və Çin birliyi Azərbaycana nə verəcək?
Bizi izləyin

Nida.az

Bakının növbəti manevri: Rusiya və Çin birliyi Azərbaycana nə verəcək?

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dünən Rusiyanın Ufa şəhərində keçirilən toplantısında Azərbaycana tərəfdaş dövlət statusu verildi.


Publika.az bunun ölkəmizə təsirləri ilə bağlı siyasi ekspertlərin fikirlərini təqdim edir.


Sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev hesab edir ki, ŞƏT-in əsas hədəfi təhlükəsizlikdir: “Vaxtilə bu təşkilat Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan arasında hərbi sahədə münasibətlərin möhkəmləndirilməsi üçün yaradıldı. Bu təşkilatın hərbi blok olmadığını desələr də, hədəfi təhlükəsizlik, həmçinin, terrorizm, separatizm, ekstremizm və narkoticarətə qarşı mübarizədə iştirakçı dövlətlərin birgə hərəkət etməsidir. Bəzi fikirlərə görə Çin və Rusiyanın burada öz maraqları var. Çin iştirakçı ölkələrə perspektivli satış bazarı kimi, Rusiya isə hərbi əməkdaşlıq olaraq baxır”.


Ekspert hesab edir ki, belə bölgü olan təşkilatda Azərbaycanın xeyirlərini müəyyən etmək çətindir: “Müşahidəçi və tərəfdaş kimi bizim ölkə terrorizm, ekstremizm və narkoticarətə qarşı mübarizədə iştirak edə bilər. Lakin iqtisadi planda öz resurslarının satış bazarlarını genişləndirmək və problemlərin birgə həlli çətin məsələdir. Qeyd etməliyik ki, Çin yaxın vaxtlarda vahid ticarət zonası yaratmaq istəyir. Lakin bu Azərbaycanın tamamilə başqa planları və perspektivləri var”.


A. Nağıyevin fikrincə, buna görə də Azərbaycan ŞƏT-də inteqrasiya yolunu seçməyəcək və yalnız tərəfdaş statusda qalmağa üstünlük verəcək.


“Bu təşkilat hazırda yalnız maraqlar klubu kimi mövcuddur və real nəticələri görünmür. Ona görə də Qərb və ABŞ blokuna qarşı olan bu anti-Amerika təşkilatında Azərbaycanın inteqrasiyası çətin və əlverişsiz olacaq. Digər tərəfdən, ŞƏT-in əsas ölkələrindən olan Rusiya yalnız enerji və nəqliyyat dəhlizləri üçün Azərbaycanı bu təşkilatda görmək istəyir”, - deyə ekspert vurğulayıb.


Bakı Banklararası Valyuta Birjasının (BBVB) rəhbəri Fərhad Əmirbəyov də Rusiya KİV-nə açıqlamasında Azərbaycanın ŞƏT-də uzun müddət tərəfdaş dövlət statusunda təmsil olunacağını bildirib: “İnteqrasiya haqda faktiki danışıqlar yoxdur. Əməkdaşlığın bu forması müsbətdir, lakin gələcəkdə əlaqələrin dərinləşməsi haqda danışmaq çətindir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm