Bakının maraqlarının olduğu ölkədə “Ukrayna ssenarisi” – “Tam Məxfi”
Bizi izləyin

Nida.az

Bakının maraqlarının olduğu ölkədə “Ukrayna ssenarisi” – “Tam Məxfi”

“ABŞ Yunanıstanda hökuməti devrilməsi və vətəndaş müharibəsini qızışdırmaq üçün Ukrayna ssenarisi hazırlayır”.


Publika.az xəbər verir ki, bu barədə məşhur “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri yazıb.


Nəşr qeyd edib ki, Vaşinqton Afina və Moskvanın yaxınlaşmasını qəbul etmir: “ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland Kiyevdə işini bitirəndən sonra Afinaya yola düşür. Hesab etmək olar ki, Rusiya ilə yaxınlaşma siyasətini seçən Çiprasın taleyi acınacaqlı olacaq”.


Qeyd edək ki, Yunanıstanda kəskin maliyyə böhranı davam edir və rəsmi Afina texniki defolt elan edib. Azərbaycanın əsas müəllifi olduğu TAP layihəsinin bu ölkənin ərazisindən keçdiyini nəzərə alsaq, orada baş verənlər Bakı üçün də önəmlidir. Hazırda hakimiyyətdə olan solçular Rusiya ilə yaxınlaşır və Moskvanın “Türk axını” layihəsini dəstəkləyir. Bunun isə Brüssel və Vaşinqtonun marağında olan TAP layihəsinə qarşı olduğu deyilir. Bu baxımdan, Afinanın gələcək taleyinin necə olacağı Azərbaycanda da diqqətlə izlənilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm