“Rusiya və Türkiyə Qafqazda razılaşmağa məcburdur” – türkiyəli ekspert
Bizi izləyin

Nida.az

“Rusiya və Türkiyə Qafqazda razılaşmağa məcburdur” – türkiyəli ekspert

“Regionda problemlərin həlli üçün Rusiya və Türkiyə bir birini anlamağa məcburdur”.


Publika.az xəbər verir ki, bu barədə Venesiya Komissiyasının üzvü, Marmara Universitetinin hüquq fakültəsinin professoru Osman Can deyib.


Onun sözlərinə görə, əslində Rusiya və Türkiyə tipik Avropa ölkəsi deyil: “Onlar regional maraqlarda öz mövqelərinə uyğun addım atırlar, xüsusilə Qafqaz bölgəsində. Biz Avropa ölkələrinin Türkiyə və Rusiyada nə baş verdiyini tam anlamadıqlarını görürük. Avropa ilə problemlərdə hər iki ölkənin analoji oxşarlıqları var. Hesab edirəm ki, Türkiyə və Rusiyanın münasibətlərini təkmilləşdirməyə, bütövlükdə Qafqaz regionunda razılığa gəlməyə ehtiyacı var. Son vaxtlar AKP-nin səyləri nəticəsində ikitərəfli münasibətlər yaxşı məcrada davam edir. Türkiyə anti-Rusiya kampaniyasına qoşulmadı. Hətta bir çox beynəlxalq konvensiyanın və razılaşmaların iştirakçısı olsa da, Türkiyə buna getmədi. Hesab edirəm ki, inkişafa gedən yol əməkdaşlıqdan keçir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm