Heydər Əliyevin cangüdəni: “Bu baş versəydi, Qarabağda özbaşınalıq olmazdı”
Bizi izləyin

Nida.az

Heydər Əliyevin cangüdəni: “Bu baş versəydi, Qarabağda özbaşınalıq olmazdı”

“Dağlıq Qarabağ münaqişəsini sakitcə həll etmək lazımdır”.


Publika.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru, Heydər Əliyevin dövründə uzun müddət Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında işləmiş, 1980-ci illərdə Heydər Əliyevin şəxsi təhlükəsizlik xidmətinin rəhbəri olmuş Aleksandr İvanov deyib.


Onun sözlərinə görə, Azərbaycan bu ərazilərə xüsusi statusun verilməsinə hazır olduğunu dəfələrlə bildirib: “Bu gün ora Suriya qaçqınları köçürülür. Halbuki buna imkan verilsəydi, Dağlıq Qarabağ ərazisində belə özbaşınalıq olmazdı”.


A. İvanov qeyd edib ki, bu məsələnin əsas həll yolu sülhdür.


“Sülh danışıqları bu prosesdə vacib amildir. Rusiya da münaqişənin həllində iştirakçı dövlət kimi kifayət qədər təsirlərə malikdir və kömək edə bilər. Təəssüf ki, əks tərəfdə başqa yanaşmalar var. Hesab edirəm ki, hər iki ölkənin xalqlarının iqtisadi, sosial və mədəni sahədə yaxınlaşması münaqişənin həllinə xeyir verə bilər”, - deyə o vurğulayıb.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm