Gürcü nazir Bakı-Supsa kəməri üçün yaranan təhlükədən danışdı
Bizi izləyin

Nida.az

Gürcü nazir Bakı-Supsa kəməri üçün yaranan təhlükədən danışdı

“Əgər Bakı-Supsa boru kəmərinin işində problemlər yaranarsa, hökumət alternativ layihə üzərində işləyəcək”.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

“Mən baş nazirlə də boru kəməri üçün yaranan təhlükə barədə çoxdan danışmışam. Boru kəməri üçün təhlükə yaranacağı halda, alternativ layihə mövcuddur və onun həyata keçirilməsi problem olmayacaq. Əgər biz boru kəməri üçün problem görsək, dərhal yeni boru kəməri işə sala bilərik. Burada yeni 1500-1600 metrlik yeni xəttin tikintisindən söhbət gedir. Layihə artıq mövcuddur”, - energetika naziri vurğulayıb.

Xatırladaq ki, Rusiya hərbçiləri Gürcüstanın Tsxinvsli (Cənubi Osetiya) bölgəsində işğal xəttini daha 1 kilometr qabağa çəkərək bilavasitə BP-nin boru xəttinə yaxınlaşdırıblar. Hazırda işğal xətti strateji Bakı-Supsa kəmərinin cəmi 50 metrliyindən keçir. Cənubi Osetiyadakı Rusiya qüvvələri işğal xəttində qoyulmuş banerin 100 metrlik radiusunu “neytral zona” elan ediblər. Bu isə o deməkdir ki, strateji kəmərin bir hissəsi artıq işğal edilib.

Qeyd edək ki, iyun ayında Bakı-Supsa kəməri ilə 340 min ton xam neft ixrac edilib. Bu, cari ilin ilk altı ayında 1 milyon 525 min ton təşkil edib. Müqayisə üçün deyək ki, ilin ilk altı ayında Bakı-Tiflis-Ceyhan kəməri ilə 9 milyon 204 min ton neft ixrac olunub. Eyni müddətdə Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilən neftin həcmi 678 min ton olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm