BAXCP parlament seçkilərini müzakirəyə çıxardı
Bizi izləyin

Nida.az

BAXCP parlament seçkilərini müzakirəyə çıxardı

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.


Publika.az xəbər verir ki, iclasda ölkədəki ictimai-siyasi durum, qərarların icra vəziyyəti müzakirə olunub, ölkədə islahatların aparılmasının zəruriliyi bir daha vurğulanıb.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan iqtisadiyyatının inkişafının stimullaşdırılması, qeyri-neft sektorunda sahibkarlıq fəaliyyətinə maliyyə dəstəyinin artırılması, yerli bankların daha ucuz maliyyə resursları ilə təmin olunması məqsədilə xaricdə saxlanılan valyuta ehtiyatlarından 4 milyard dollar ölkəyə gətirilməli, eyni zamanda, həmin vəsaitdən sahibkarlara aşağı faizlə kreditlərin verillməsi təmin olunmalıdır.

BAXCP İdarə Heyəti bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı məsələni də müzakirə edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm