• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müsavata qarşı dörd məhkəmə iddiası – siyahı uzana bilər

  • Nida.az
  • 13 İyul 2015 18:11
  • 255 Baxış
Müsavata qarşı dörd məhkəmə iddiası – siyahı uzana bilər

Müsavat Partiyası dörd iddiaçı tərəfindən məhkəməyə verilə bilər.


Publika.az xəbər verir ki, Arif Hacılını tənqid etdikləri üçün partiyadan çıxarılan Əli Qasımbəyli və Əlövsət Əhədoğlu artıq məhkəməyə üz tutmaq niyyətlərini açıqlayıb.


Lakin partiyadan çıxarılma haqda qərarda rəsmi möhür olmadığı üçün məhkəmə sənədi qəbul etməyib.


Ə. Əhədoğlu bildirib ki, o, möhür üçün partiya qərargahına gedib. Lakin Arif Hacılı onu polislə hədələyərək, otağından qovub.

Ə. Qasımbəyli də analoji halla qarşılaşdığını bildirib.

Hər iki şəxs məsələ ilə bağlı yaxın günlərdə məhkəməyə müraciət edəcəklərini qeyd ediblər.

Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli də Müsavat rəhbərliyindən məhkəməyə şikayət edəcəyini açıqlayıb.

Daha bir iddiaçı isə “Yeni Müsavat” qəzetinin jurnalisti Elbəyi Həsənlidir. Müsavat rəhbərliyini “mühacir statusu” almaq istəyənlərə saxta arayışlar satmaqda ittiham edən jurnalist məsələni məhkəmədə həll etməyin tərəfdarı olduğunu deyib.


Məlumatlara görə, Müsavat rəhbərliyini tənqid etdikləri üçün partiyadan çıxarılan digər üzvlər də məhkəməyə üz tuta bilər.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR