Nida.az
İŞİD daha bir azərbaycanlı şəhərini işğal etdi - VİDEO
İŞİD Azərbaycan əsilli türkmanların çoxluq təşkil etdiyi Telafer şəhərini işğal edib.
Publika.az xəbər verir ki, bununla bağlı İŞİD-ə
yaxın saytlarda videogörüntülər yayılıb.
Qeyd edək ki, Telafer İraqın Suriya ilə sərhədində yerləşir. Bundan
öncə Suriya ərazisində yerləşən və əhalisinin əksəriyyətini
türkmanlar təşkil edən Telabyad şəhəri İŞİD tərəfindən işğal
olunmuşdu.
İraq Türkman Cəbhəsinin lideri Erşat Salihi isə Telaferi işğal edən
İŞİD-in Kərkük üçün ciddi təhlükə yaratdığını bildirib: “İraq
mərkəzi hökuməti bununla bağlı heç bir iş görmür və İŞİD təhlükəsi
Kərkükə doğru gəlməkdədir. Peşmərgə də yalnız müəyyən bölgələri
qorumaqdadır. Koalision güclərinin hücumları da İŞİD-ə təsir
etmir”.
E. Salihi qeyd edib ki, Peşmərgənin tankları var, lakin türkman
könüllülərinin əlindəki sadəcə adi silahlardır.
“Peşmərgə ilə aramızda fərq onların tank və digər ağır silahlarının
olması, həmçinin havadan dəstəyin verilməsidir. Türkmanların
silahlandırılmasına bir yandan kürdlər, digər yandan İraq mərkəzi
hökuməti imkan vermir”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO