• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

AZAL-ın sabiq şefi: “Qiymət siyasəti çox dözülməz hal alıb”

  • Nida.az
  • 14 İyul 2015 17:08
  • 1 193 Baxış
AZAL-ın sabiq şefi: “Qiymət siyasəti çox dözülməz hal alıb”

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı AZAL-da bilet qiymətlərinin yüksək olması ilə bağlı tənqidlərinə münasibət bildirib.

Sabiq AZAL şefi Ə.Əliyev Publika.az-a açıqlamasında deyib ki, ölkə başçısının AZAL-la bağlı son çıxışı çox doğru və yerində edilən çıxış idi.

“Bir halda ki, AZAL təyyarələri dövlətin yardımları ilə alır, yanacaq isə yerli istehsaldır, o zaman qiymətlər də daha ucuz olmalıdır. Şəxsən mənim üçün AZAL-ın bu qiymətləri müəmmalıdır”.

Ə.Əliyev AZAL-ın uçuş qiymətlərini təcili olaraq aşağı salmasını vacib hesab edir: “Əgər AZAL qiymətləri aşağı salsa, bu, ölkəyə gələn turistlərin sayında da müsbət dəyişikliyə gətirib çıxaracaq. Hazırda AZAL-ın tətbiq etdiyi qiymətlər dünyanın heç bir aviaşirkətində mövcud deyil. Axı hər bir şirkətin öz rəqabət və biznes siyasəti olmalıdır. Dünyada rəqabət aparan hər bir şirkət çalışır ki, qiymətləri digərindən aşağı salsın və daha çox müştəri qazansın. AZAL isə qiymətləri qaldırmaqla müştəriləri özündən qaçırır. Hazırda AZAL-ın qiymət siyasəti çox dözülməz hal alıb. Normalda bu, belə olmamalı idi”.

Ə.Əliyev qeyd edib ki, AZAL-a görə Azərbaycanda digər aviaşirkətlərin də qiymətləri başqa ölkələrlə müqayisədə yüksəkdir: “Bilirsiniz, AZAL elə bir siyasət aparmalıdır ki, o həm sosial yönlü, həm də iqtisadi səmərəli olsun, əhalidə narazılıq yaratmasın. AZAL-ın peşəkar təsərrüfatçılıq siyasəti olmalıdır. Bunun sayəsində isə şirkət həm öz biznes maraqlarını, həm də əhalinin sosial maraqlarını qorumalıdır. Misal üçün deyim ki, bu gün Moskva şəhərinə AZAL-ın gediş-gəliş uçuş qiyməti maksimum 300 dollar olmalıdır. Çünki digər tanınmış aviaşirkətlərdə qiymətlər bundan yüksək deyil”.

Ə.Əliyev son vaxtlar AZAL-ın israfçılığa da yol verdiyini bildirib: “AZAL dövlətdən kreditlər alır, həmin kreditləri ödəmək üçün isə məcbur olub qiymətləri qaldırır. Əgər doğrudan da belə olubsa, o zaman bu məsələnin də səbəbləri araşdırılmalıdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR