Putinin xüsusi nümayəndəsi Azərbaycana olan ehtiyacdan danışdı
Bizi izləyin

Nida.az

Putinin xüsusi nümayəndəsi Azərbaycana olan ehtiyacdan danışdı

“Rusiya çox istəyirdi ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzə tərəfdaş statusu alsın, bu təşkilatla münasibətlərini qaydaya salsın”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin ŞƏT üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Sakit Okean əməkdaşlıq departamentinin direktoru Bəxtiyar Hakimov deyib.


Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycanın ŞƏT-də müşahidəçi ölkə statusunu alması məsələsi gündəmə gəlmişdi: “Onda təşkilatın genişlənməsi məsələsi gündəmdə deyildi. Müşahidəçilərin sayının artırılması da əsas məqsəd deyildi. Daha sonra sxemin dəyişdirilərək, dialoq üzrə əməkdaşlıq mərhələsinə keçilməsi qərarı verildi. Burada məntiq var. Çünki dialoq üzrə əməkdaşlıq praktiki əməkdaşlığa keçidə imkan verir. Bu daha faydalıdır”.


Putinin xüsusi nümayəndəsi qeyd edib ki, Azərbaycanın ŞƏT-ə sonrakı inteqrasiyası Bakıda qəbul olunacaq qərarlardan asılıdır.


“Bu ölkənin potensialı ortadadır. İqtisadi inkişaf, uğurlu siyasət, mədəni müxtəlifliyə sahib olan Azərbaycanın ŞƏT-ə əhəmiyyətli töhfə verə biləcəyini düşünürük. ŞƏT-in mədəni müxtəlifliyə ehtiyacı var”,- deyə o vurğulayıb.


Xatırladaq ki, ŞƏT-in Ufada keçirilən sammitində Azərbaycan qurumda dialoq üzrə tərəfdaş statusunu alıb.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm