Rusiya yeni kartını işə saldı, Brüssel Bakını gücləndirir – “Qaz müharibələri”
Bizi izləyin

Nida.az

Rusiya yeni kartını işə saldı, Brüssel Bakını gücləndirir – “Qaz müharibələri”

Avropa Komissiyası Avropaya qaz tranzitində Ukraynanın rolunun zəiflədilməsi istiqamətində Rusiyanın istənilən planlarına qarşı duracağını açıqlayıb.


Publika.az xəbər verir ki, Avropa Parlamentinin deputatları Rusiyanın yeni planı olan “Nord Stream-2” layihəsinə qarşı hətta kampaniyaya da başlayıb. Onlar Avropa Komissiyasından buna mane olmağı xahiş ediblər. Əsas məqsəd “Qazprom”un istənilən fövqəladə addımının anında qarşısının alınmasıdır.


Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç “Türk axını” və “Nord Stream-2” boru kəmərinin tikintisini şərh edərkən bildirib ki, burada Rusiyanın məqsədi Ukraynanı tranzit olaraq aradan qaldırmaqdır: “İstəyirlər ki, Ukraynanı, ümumiyyətlə, aradan qaldırsınlar. Bu, Avropa enerji təhlükəsizliyi üçün çox mənfi nəticələrə gətirib çıxara bilər”.


Bu, Avropa Komissiyasının Ukrayna tranzitinə görə ilk dəfə Rusiyanı açıq tənqid etməsidir.


“Əgər Ukrayna marşrutunu tədricən aradan qaldırmağı düşünürlərsə, bu, Avropa Birliyi üçün qəbuledilməzdir. Çünki bu, Avropada qaz balansını dəyişəcək, mərkəzi və cənub-şərqi Avropa ölkələrini çətin vəziyyətə salacaq”, - deyə Şevçoviç vurğulayıb.

“Qazprom”un rəsmi mövqeyi belədir ki, şirkət 2020-ci ildən sonra Ukrayna vasitəsilə qazın tranzitini həyata keçirməyəcək. Bunun əvəzinə Rusiya “Nord Stream-2” layihəsi ilə (Baltik dənizi vasitəsilə-red) Türkiyəyə qədər yeni boru kəməri tikməyi planlaşdırır.


Rusiyanın bu addımlarına paralel olaraq Avropa Birliyi Azərbaycanın qaz kəmərləri ilə bağlı aktiv danışıqlar aparır. Bu, Orta Asiya qazını da Avropaya çıxaracaq layihədir və Rusiyaya qarşı əsas alternativdir.


Rusiyalı ekspertlər hesab edir ki, “Nord Stream-2” layihəsini Brüsselin icazəsi olmadan da tikmək mümkündür. Lakin Avropa Birliyinin ərazisində qaz kəmərlərinin genişləndirilməsi üçün razılıq da lazımdır. Xüsusilə üçüncü enerji paketinin qaydalarına görə yeni boru kəmərlərinin perspektivi sual altındadır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm