Nida.az
AXCP-nin keçmiş üzvü: “Önümüzdəki ay kütləvi istefalar olacaq”
“AXCP-də bir neçə qruplaşma var. Ən güclü qruplaşmaya
Əli Kərimli dəstək verir”.
Bunu Publika.az-a açıqlamasında AXCP-nin
Nərimanov rayon təşkilatının şöbə müdiri vəzifəsindən çıxarılan
Ağaşirin Tanrıverdioğlu deyib.
Onun sözlərinə görə, Əli Kərimlinin dəstək verdiyi qruplaşma
partiyada at oynadır: “Həsən Kərimov - Gözəl Bayramlı qrupu və
Sahib Kərimli - Fuad Qəhrəmanlı qrupu rəqabət aparır. Onlardan kim
qalib gələcəksə, Əli Kərimli onların yanında olacaq. Yerdə qalanlar
isə bu qrupların təzyiqi altında əzilir. İstefaların əsas səbəbi də
budur”.
Keçmiş AXCP üzvü yaxın günlərdə partiyadan kütləvi istefaların
olacağını bildirib.
“Önümüzdəki ay kütləvi istefalar olacaq. Çünki indiyə qədər
fərqli şəkildə istefalar olurdusa, artıq bu mərhələ geridə qalıb.
Hesab edirəm ki, növbəti dalğanın qarşısını Əli Kərimli ala
bilməyəcək”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu