Nida.az
Mirmahmud Mirəlioğlu seçkiyə səkkiz partiya ilə gedəcək
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qurultayı avqustun 1-də keçiriləcək.
Bu barədə Publika.az-a açıqlamasında KXCP sədri Mirmahmud
Mirəlioğlu deyib.
Onun sözlərinə görə, hazırlıq işləri qurultaya qədər
yekunlaşdırılacaq: “Daha sonra seçkiyə hazırlıq prosesinə
başlayacağıq. Seçkidə iştirakla bağlı qərarımızı açıqlayandan
sonra, dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesi
başlanacaq. Qanunun icazə verdiyi şəraitdə təbliğat-təşviqat
kampaniyası aparacağıq. Demokratik seçki şəraitinin yaradılması,
Seçki Məcəlləsinə dəyişikliklə bağlı məsələlər, Azərbaycanda
seçkilərə münasibəti dəyişdirmək istiqamətində fəaliyyətimizi davam
etdirəcəyik”.
M. Mirəlioğlu seçkilərə “Azadlıq-2015” seçki bloku ilə
gedəcəklərini açıqlayıb.
“Bu seçki blokunda 8 partiya var. Onlarla birlikdə gedəcəyik, əgər
digər dostlar qatılacaqsa, müttəfiqlərimizin sayı artacaqsa, bu da
tərəfimizdən böyük rəğbətlə qarşılanacaq. Seçkidə birgə iştirakın
tərəfdarıyıq”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü