Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları intensivləşdirməyin vaxtı çatıb"
Bizi izləyin

Nida.az

Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları intensivləşdirməyin vaxtı çatıb"

İyulun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfərin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirib və bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı ölkəmizdə Rusiya mədəniyyət günlərinin təşkil olunacağını qeyd edib. O, eyni zamanda, 2015-ci ilin sentyabr ayında Sankt-Peterburqda Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı keçiriləcək tədbirə Azərbaycanın sənaye və energetika nazirinin də dəvət olunduğunu bildirib. Rusiyanın xarici işlər naziri bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində keçiriləcək regionlararası forumda, həmçinin Sverdlovsk vilayətində təşkil olunacaq hərbi texnika sərgisində Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb.

Nazir Elmar Məmmədyarov görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib, İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibətilə rusiyalı həmkarını təbrik edib.

Danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Elmar Məmmədyarov buradakı vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu söyləyib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın xarici işlər naziri bu məsələdə Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib.

Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardıqlarını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını, bunun üçün bütün əsasların olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm