Nida.az
Kreml hərəkətə keçir, Ermənistan qorxu içində - Qarabağda müharibə başlayır?
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə qərar
verdi”.
Publika.az xəbər verir ki, Ermənistan KİV-nin
bugünkü manşetlərində əsasən bu fikirlər yer alır.
Erməni mediası Moskvanın Bakıya dəstəyini artırdığını, yaxın
günlərdə ən azından 7 rayonun qaytarılacağını yazıb. Misal üçün,
“Yerkir” nəşri yazır ki, Ermənistan müharibə ilə üz-üzədir. Nəşr
məqaləsində müharibə təhlükəsindən çox, Ermənistan ordusunun
vəziyyətinə yer ayırıb. Qeyd edilir ki, acınacaqlı və zəif durumda
olan Ermənistan ordusu müharibədə tab gətirə biləcəkmi?
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun “Dağlıq
münaqişəsinin həlli üzrə danışıqları intensivləşdirməyin vaxtı
çatıb” deyə verdiyi açıqlama Rusiyanın münaqişənin həlli ilə bağlı
yeni addımlar atacağı ehtimalını artırıb. Dünən Azərbaycan XİN
rəhbəri Elmar Məmmədyarovun Moskva səfəri də bəzi ehtimallara yol
açır.
Birincisi, İranın nüvə proqramı ilə bağlı Qərblə tarixi
anlaşmasının ardından, Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi
gündəmə gəlir. Belə bir vaxtda, Dağlıq Qarabağ münaqişəsinin həlinə
yardım göstərərək, regionun əsas dövləti olan Azərbaycanın
dəstəyini qazanmaq Moskva üçün əhəmiyyətli ola bilər. Doğrudur,
indiyə qədər baş verən proseslərdə Rusiyanın bu cür ritorik
çıxışları olub, lakin nəticə etibarilə münaqişə həll olunmayıb.
Lavrovun çıxışını da bu qəbildən olan ritorika hesab etmək olar.
Amma ümumilikdə dəyişən geosiyasi situasiya fərqli proseslərin
olacağı fikrini əsaslandırır. Hesab etmək olar ki, Moskva ən azı
Dmitri Medvedevin vaxtında münaqişənin həlli üçün irəli sürülən
prinsiplərdən çıxış edəcək. Bu isə Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunmasına gətirib çıxara bilər.
İkincisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin
Moskva səfərinin ardından “İşğal olunmuş ərazilər Azərbaycana
qaytararımalıdır” deyə bildirməsi fonunda Lavrovun bu açıqlaması
diqqət çəkir. Hesab etmək olar ki, regiona sahib olmaq uğrunda
ABŞ-Rusiya mübarizəsi yeni mərhələyə qədəm qoyur. Bu, eyni zamanda,
Dağlıq Qarabağ münaqişəsinin həllində söz sahibi olmaqdan keçir.
Yəni Vaşinqton və Moskva ayrılıqda münaqişənin həllini öz əllərinə
almaq istəyirlər. Hər iki tərəfin yanaşması hələlik Azərbaycanın
xeyrinə görünür.
Bu arada “Bloomberg”in Azərbaycanın müharibəyə hazırlaşması haqda
xəbərlər yayması diqqət çəkən məqamdır. Agentlik bu iddianı
Azərbaycan Müdafiə Nazirliyinin hospitallara “hər an başlaya
biləcək hərbi əməliyyatlara hazır olun” tapşırığına əsasən irəli
sürüb. Ermənistanın qorxuya düşməsinin əsas səbəbləri sırasında bu
amil da yer alır.
Baş verən proseslərdən ehtimal etmək olar ki, Rusiya prezidenti
Vladimir Putin prezidentlərin növbəti görüşünü təşkil edə bilər.
Bu, Rusiyaya Minsk qrupunda kimin “söz sahibi” olduğunu göstərmək
üçün lazımdır.
Asif Nərimanlı
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...