Almaniyalı professor Qərbin Azərbaycana hücumlarının şok səbəblərini açıqladı
Bizi izləyin

Nida.az

Almaniyalı professor Qərbin Azərbaycana hücumlarının şok səbəblərini açıqladı

“Almaniyada və bəzi Qərb ölkələrində Azərbaycana qarşı hücumlar məni təəccübləndirir. Hətta bəzilərinin Azərbaycanı Şimali Koreyaya bənzətməsi absurd və qərəzdən irəli gələn fikirlərdir. Axı bu ölkə haqda necə belə bir müqayisə edə bilirlər?!”

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın Potsdam Universitetinin professoru, siyasi şərhçi Vilfrid Furman deyib.

Alman professor qeyd edib ki, tənqid normal şeydir və bu inkişaf üçün lazımlıdır: “Bəli, mən də dostlarımı tənqid edirəm və onların düzələcəyinə, inkişaf edəcəyinə inanıram. Lakin Azərbaycanla bağlı olanlar tənqid yox, sadəcə boş ittihamlardır və heç bir dəlilə istinad etmir. Hesab etmək olar ki, bu cür mənasız ittihamlarla Azərbaycanı təcrid etmək istəyirlər. Ermənistanı isə görmək istəmirlər. Bu xristian ölkəsinə Qərbdə simpatiyalar var, lakin oradakı reallıq dəhşətlidir. Ermənistanda insan haqlarının vəziyyəti çox pisdir. Biz digər ölkələrdəki vəziyyətə də baxa bilərik. Hansı ki, bir çox ölkədə ölüm hökmü qüvvədədir, irqi ayrı-seçkilik baş alıb gedir. Belə ölkələr sadəcə olaraq jurnalistlər üçün əlçatmazdır və onlardan yaza bilmirlər”.

V. Furman Azərbaycanın işğaldan əziyyət çəkdiyini vurğulayıb.

“Bu ölkədə müəyyən problemlər var və bunu rəsmilər də inkar etmir. Lakin Ermənistan tərəfindən Dağlıq Qarabağ və yeddi rayonu işğal edilmiş, ərazi bütövlüyü pozulmuş, ikili standartlarla üz-üzə qalan, yaxın tarixində dəhşətli qətliamlar və soyqırımlarla üzləşən bir ölkədən unikal olmağı tələb etmək də doğru deyil. Hər gün cəbhədə gərginlikdir və insanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə qalıb. Minsk qrupu bu münaqişəni çoxdan həll etməli idi. Lakin onlar ya bunu bacarmır, ya da bacarmaq istəmirlər. Ərazi bütövlüyünün pozulduğu Ukrayna təcrübəsində dünya başqa cür hərəkət edir, lakin məsələ Azərbaycana gələndə, bütün qətnamələr, bütün beynəlxalq hüquq bir kənara atılır. Görünür, münaqişənin həll olunmamasında maraqlar var. Burada bütün yollar Moskvaya aparmır. Nəzərə almaq lazımdır ki, Parisdə güclü erməni diasporu var. Güclü erməni lobbisi Almaniya və ABŞ-da fəaliyyət göstərir. Həmçinin, Qərbin qrup maraqları və xristian təəssübkeşliyi bu münaqişənin həll olunmamasında özünü göstərir. Azərbaycan isə onilliklərdir ki, beynəlxalq hüquqa hörmət göstərərək, silah tətbiq etmir”, - deyə o, bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm