Amerikalı həmsədrdən Dağlıq Qarabağla bağlı maraqlı -PROQNOZ
Bizi izləyin

Nida.az

Amerikalı həmsədrdən Dağlıq Qarabağla bağlı maraqlı -PROQNOZ

Amerikalı həmsədrdən Dağlıq Qarabağla bağlı maraqlı proqnoz


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı proqnoz verib.

Publika.Az xəbər verir ki, C. Uorlik “Twitter” səhifəsində yazıb ki, Ukrayna hadisələri Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş yarada bilər.

“Ukrayna hadisələrinin Dağlıq Qarabağ konfliktinin sülh variantı ilə həllinə köməklik edə biləcəyini ehtimal etmək olarmı?”- deyə sual qoyan amerikalı həmsədr bu ehtimalın dəyərləndirilməsini önə çəkib.

Amerikalı həmsədr qeyd edib ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər: “Biz ümid edirik ki bu ay prezidentlər görüşəcək. Amma onlar çox çətin şərtlər irəli sürə bilərlər”.

C. Uorlik əlavə edib ki, iki ölkənin xarici işlər nazirləri münaqişənin sülh yolu ilə tənzimlənməsində məhsuldar danışıqları sürələndirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm